Dünya kuboku Azərbaycana gətirilir
Bizi izləyin

İdman

Dünya kuboku Azərbaycana gətirilir

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək.

Publika.az xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.

Bu gün məlum olub ki, İtaliya yığması Dünya kubokunu Azərbaycana gətirəcək. Azarkeşlər oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.

AFFA-nın baş katibi Elxan Məmmədov Dünya Kubokunun Azərbaycana gətirilməsi səbəbini açıqlayıb:

“AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də yeni – Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı.

İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra İtaliya milli komandasının Dünya Kubokunu Azərbaycana gətirilməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm