“Qarabağ” və “Qəbələ” bilet satışından qaçqınlara yardım edəcək
Bizi izləyin

İdman

“Qarabağ” və “Qəbələ” bilet satışından qaçqınlara yardım edəcək

Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ" və "Qəbələ" klubları Avropa Klubları Assosiasiyasının (ECA) xeyriyyə aksiyasına qoşulub.

Publika.az xəbər verir ki, aksiya qaçqın həyatı yaşayan vətəndaşlara dəstək olmaq və ehtiyacı olan insanlara köməklik göstərmək üçün nəzərdə tutulub.

ECA-nın sentyabrın 8-də Cenevrədə keçirilmiş iclasında bu barədə qərar qəbul edilib. Təklif assosiasiyanın üzvü olan "Porto" (Portuqaliya) klubu tərəfindən irəli sürülüb. Qərara əsasən, Avropa Klublar Birliyi Çempionlar Liqası və Avropa Liqasının 2015/2016 mövsümünün qrup mərhələsinin iştirakçılarından ilk ev oyununda satılacaq hər biletdən 1 avro ianə alacaq.

Sözügedən layihə “90 Minutes For Hope" şüarı altında keçiriləcək. İanələr Avropa Klublar Birliyinin müəyyən etdiyi "90 Minutes For Hope” bank hesabında toplanacaq. Fondun əməkdaşlıq edəcəyi təşkilatlar bu vəsaitin ehtiyacı olan insanlara çatdırılmasına yardım edəcək.

ECA tərəfindən başlanılan hərəkata Avropa miqyaslı yarışlarda iştirak etməyən klublar da könüllü olaraq qoşula bilərlər.

Qeyd edək ki, Azərbaycanın 4 klubu - "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran" və AZAL ECA-nın üzvləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm