Hönkür-hönkür ağlayan azarkeş dünyasını dəyişdi
Bizi izləyin

İdman

Hönkür-hönkür ağlayan azarkeş dünyasını dəyişdi

Braziliya yığmasının məşhur azarkeşi Klovis Fernandes vəfat edib.

Publika.az xəbər verir ki, Klovis bu gün səhər, 60 yaşında dünyasını dəyişib. Portu-Aleqri şəhərində vəfat edən azarkeş 9 il idi ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Fernandes Braziliya yığmasının ən sadiq azarkeşi hesab olunurdu. O, yığmanın 150 oyununa baxmaq üçün 60 ölkəyə səfər etmişdi.

Klovis ilk dəfə 1990-cı ildə keçirilən dünya çempionatında diqqəti cəlb etmişdi. O vaxtdan Fernandes braziliyalı azarkeşlərin simvolu hesab olunurdu.

Sonuncu dünya çempionatında Braziliyanın Almaniyaya rüsvayçı hesabla (1:7) məğlubiyyətindən sonra onun hönkür-hönkür ağlaması kameraların diqqətindən yayınmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm