Almaniya və İngiltərə çempionu darmadağınla başladı
Bizi izləyin

İdman

Almaniya və İngiltərə çempionu darmadağınla başladı

Çempionlar Liqasının qrup mərhələsində ilk tura yekun vurulub.

Publika.az xəbər verir ki, dünən E, F, G, H qruplarında da mübarizəyə start verilib. Gecənin ən çox diqqət çəkən matçı Romada baş tutub. ÇL-in son qalibi "Barselona" İtaliyanın paytaxtında "canavarlar"ın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib.

Çempionlar Liqasının digər nəhəngi "Çelsi" isə öz meydanında "Makkabi"ni darmadağın edib - 4:0.

Çempionlar Liqası, qrup mərhələsi, 1-ci tur

16 sentyabr

E qrupu

Bayer (Almaniya) - BATE (Belarus) 4:1

Mehmedi, 4. Hakan Çalhanoğlu, 47; 75-p. Ernandes, 59 - Milunoviç, 13.

Roma (İtaliya) - Barselona (İspaniya) 1:1

Florenzi, 31 - Suares, 21.

F qrupu

Dinamo Z (Xorvatiya) - Arsenal (İngiltərə) 2:1

Çemberleyn, 24-a/q. Fernandes, 58 - Uolkott, 79.

Qırmızı vərəqə: Jiru (Arsenal), 40.

Olimpiakos (Yunanıstan) - Bavariya (Almaniya) 0:3

Müller, 52; 92-p. Getse, 89.

G qrupu

Dinamo (Kiyev, Ukrayna) - Portu (Portuqaliya) 2:2

Qusev, 20. Buyalski, 89 - Abubakar, 23; 81.

Çelsi (İngiltərə) - Makkabi T-Ə (İsrail) 4:0

Vilyan, 15. Oskar, 45-p. Dieqo Kosta, 58. Fabreqas, 78.

H qrupu

Valensiya (İspaniya) - Zenit (Rusiya) 2:3

Kanselo, 55. Andre Qomes, 73 - Halk, 9; 44. Vitsel, 76.

Gent (Belçika) - Lion (Fransa) 1:1

Miliçeviç, 68 - Jallet, 58.

Qırmızı vərəqə: Deyaqere, 41. Foket, 87 (hər ikisi - Gent).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm