“Tottenhem”in baş məşqçisi “Qarabağ”dan çəkinir
Bizi izləyin

İdman

“Tottenhem”in baş məşqçisi “Qarabağ”dan çəkinir

Avropa Liqasının qrup mərhələsində ilk oyunu “Qarabağ”a qarşı keçirən “Tottenhem”in baş məşqçisi Maurusio Poçettino İngiltərə mətbuatına açıqlama verib.

Publika.az xəbər verir ki, argentinalı mütəxəssis təmsilçimizdən ehtiyatla danışıb:

“Qarabağ” yaxşı komandadır. Onların Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Seltik"lə oyunlarının videoyazılarını izləmişəm. Azərbaycan təmsilçisi həmin görüşdə yaxşı təsir bağışlayıb. Bu komanda yerlə oynamağı sevir. Düşünürəm ki, turnirdə hər bir rəqibimizə hörmətlə yanaşmalıyıq. Bizi bu gecə asan oyun gözləmir".

Qeyd edək ki, Londonda keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm