İdman
“Qrup mərhələsində zəif komanda axtarmaq gülməlidir”
Avroliqanın qrup mərhələsində sentyabrın 17-də "Qəbələ" və PAOK klubları üz-üzə gələcək. Matç “Bakcell Arena”da saat 22:00-da start götürəcək.
Hər kəsə aydındır ki, “Qəbələ” üçün heç də asan görüş olmayacaq. Amma sürprizlərlə hər kəsi sevindirməyi bacaran təmsilçimizin bu dəfə də uğur qazanacağına inanılır.
PAOK-la çətin görüş olacağına razılaşanlardan biri də “Qəbələ” klubunun üzvü Rəşad Sadiqovdur. O, Publika.az-a açıqlamasında rəqiblər arasında zəif komanda axtarmağın gülməli olduğunu deyib:
“Komandamız gücümüzə kifayət qədər inanır. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Qrupdan çıxmağı çox istəyirik. Əgər buna nail olmaq istəyiriksə, ev oyunlarında qələbə qazanmağımız mütləqdir”.
Futbolçu hansı rəqibin zəif olması barədə də danışıb:
“O ki qaldı rəqiblərimizə, Dortmund "Borussiya"sının necə komanda olduğu hər kəsə məlumdur. Artıq sözə ehtiyac yoxdur. PAOK və “Krasnodar”ın da səviyyəsi bəllidir. Hansınınsa zəif komanda olmasını demək gülməli çıxar. Hər iki komanda bərabər səviyyəlidir. Amma biz hər bir rəqiblə mübarizə aparacaq gücdəyik”.
Məlumat üçün bildirək ki, görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək. Oyun bu gün saat 22:00-da “Bakcell Arena”da keçiriləcək.
Aygün İlqarqızı
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR