• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Baş məşqçi postuna 2 namizəd – İlk olimpiya çempionu niyə imtina etdi? – ÖZƏL

  • İdman
  • 17 Sentyabr 2015 17:10
  • 1 456 Baxış
Baş məşqçi postuna 2 namizəd – İlk olimpiya çempionu niyə imtina etdi? – ÖZƏL

Bildiyimiz kimi, Azərbaycan Cüdo Federasiyasında rəhbərlikdə dəyişiklik oldu. Qurumun prezidenti Rövnəq Abdullayev təyin edildi. Federasiyanın vitse-prezidentləri kimi isə “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov, Olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov seçildi. Baş katib vəzifəsinə isə cüdo üzrə beynəlxalq dərəcəli hakim Elmar Babanlı gətirilib. Ancaq təyinatlar bununla bitmir. Çünki federasiya bəzi dəyişikliklər edib, uğursuzluq “tilsim”ini qırmaq niyyətindədir.

Publika.az-ın əldə etdiyi məlumata görə, federasiya yeni məşqçi gətirmək fikrində qalmaqdadır. Milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov artıq öz vəzifəsini icra etmir.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, əvvəlcə baş məşqçilik postuna federasiyanın 3 namizədi olub. İlk və əsas namizəd kimi Nazim Hüseynov düşünülürdü. Ancaq ilk azərbaycanlı olimpiya çempionu N.Hüseynov hər şeyi götür-qoy etdikdən sonra bu vəzifəni icra etməkdən imtina edib. Çünki təcrübəli mütəxəssis olimpiya oyunlarına az vaxt qaldığını və oradan da istədiyi nəticə ilə qayıtmayacağını düşünüb və təklifdən imtina edib.

Həmçinin təcrübəli cüdoçu özünün və millinin keçmiş baş məşqçisi Ağayar Axundzadənin namizədliyini irəli sürüb. Nazim müəllimdən əlavə daha bir neçə nəfər Ağayar Axundzadənin namizədliyi ilə razılaşıb.

Digər namizəd isə millinin daha bir keçmiş məşqçisi Peter Zayzenbaherdir. Düzdür, Zayzenbaherin də Nazim müəllim kimi olimpiya oyunlarına 1 ildən az müddət qaldığını fikirləşib razı ola bilməyəcəyi düşünülür. Zayzenbaher gəlməyə razılıq verərsə, federasiya onda qərar verəcək. Yox əgər razı olmasa, real namizəd Ağayar Axundzadədir. İndi federasiya onun fikirləşib qərar verəcəyi günü gözləyir. Bundan sonra rəsmi açıqlama olacaq.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR