Boksçu nokautdan ayılmadı
Bizi izləyin

İdman

Boksçu nokautdan ayılmadı

Cənubi Afrika Respublikasının Şərqi Kap bölgəsində keçirilən boks turnirində bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, yerli boksçu Mzvanele Kompolo döyüşdən sonra ölüb. Rinqə çıxan Kompolo ilk raundda nokaut olub. Vəziyyəti pisləşən əlcək sahibi xəstəxanaya aparılıb. Komaya düşən boksçunun həyatını həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bənzər hadisə ötən həftə də baş vermişdi. 28 yaşlı avstraliyalı boksçu David Braun döyüşün 12-ci raundunda nokaut olmuşdu. Huşsuz vəziyyətdə xəstəxanada qalan Braun 4 gündən sonra dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm