"Qarabağ" səfərdə “Tottenham”ə məğlub oldu - VİDEO
Bizi izləyin

İdman

"Qarabağ" səfərdə “Tottenham”ə məğlub oldu - VİDEO

Oyun İngiltərəlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Riçard Almeyda, 7-pen (0:1), Hong min Son, 28 (1:1), 30 (2:1), Lamela, 86 (3:1)

X X X

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Londonda İngiltərənin “Tottenhem” və Azərbaycanın “Qarabağ” klubları arasında baş tutan qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın qolunu on bir metrlik cərimə zərbəsindən Riçard Almeyda vurub. “Tottenhem”in heyətində isə Heung-Min Son dubl edib.

00:05

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” və İngiltərənin “Tottenhem” klubu qarşılaşmasına start verilib.

Qarşılaşma Londonun “Uayt Hart Leyn” stadionunda keçirilir.

Oyunu isveçrəli baş hakim Adrian Jakkottet idarə edir. Ona həmyerliləri Rafael Zeder, Vital Jobin və Yohannes Vogel kömək edirlər.

Görüşdə əlavə köməkçi hakim funksiyasını Alain Bieri və Nikolay Hanni yerinə yetirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm