FİFA-nın baş katibi istefaya göndərildi
Bizi izləyin

İdman

FİFA-nın baş katibi istefaya göndərildi

FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumu məlumat yayıb. Y.Valkenin adının korrupsiya qalmaqalında hallandığı və bununla bağlı FİFA İntizam Komitəsinin araşdırmaya başlayacağı bildirilib.

Valkenin vəzifəsini müvəqqəti olaraq Markus Kattner icra edəcək. Bu barədə "Reuters" FİFA-dakı mötəbər mənbədən məlumat əldə edib. Kattner əvvəllər Valkenin assistenti olub.

Jerom Valke FİFA-da 2007-ci ildən çalışırdı. O, təşkilatda böyük nüfuz sahibi idi.

Bir neçə gün əvvəl mətbuatda yayılan məlumatda bildirilirdi ki, Valke 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı zamanı qanunsuz bilet satışı ilə məşğul olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm