“Qarabağ”ın oyun fəlsəfəsi xoşuma gəldi”
Bizi izləyin

İdman

“Qarabağ”ın oyun fəlsəfəsi xoşuma gəldi”

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Avroliqanın qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb.

Publika.az xəbər verir ki, o, komandasının 3:1 hesablı qələbəsi ilə bağlı danışarkən bildirib ki, heç də asan oyun olmayıb:

“Asan oyun olmadı. Qapımıza erkən penalti təyin olundu. Ondan sonra məğlubiyyətdən yaxa qurtarmaq üçün mübarizə aparmaq məcburiyyətində qaldıq. Amma xarakter nümayiş etdirdik, sonadək oynadıq. Xüsusilə də yeni futbolçularımız çox yaxşı oynadılar. Dubla imza atan Son da yaxşı oyun sərgilədi. "Qarabağ" çox yaxşı komandadır. Oyun fəlsəfəsi xoşuma gəldi. Onlar da bu oyunda özlərini yaxşı tərəfdən göstərdilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm