Şəhriyar Məmmədyarov Dünya Kubokunun dördüncü mərhələsinə yüksəlib
Bizi izləyin

İdman

Şəhriyar Məmmədyarov Dünya Kubokunun dördüncü mərhələsinə yüksəlib

Bakıda şahmat üzrə Dünya Kuboku yarışlarının 1/16 final mərhələsinin klassik cavab partiyaları başa çatıb. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov üçüncü dövrənin iki partiyasının yekunlarına görə, turnirin dördüncü mərhələsinə - 1/8 finala yüksəlib.

Bir gün əvvəl qara fiqurlarla oynayan şahmatçımız birinci partiyada qələbə qazanandan sonra bu gün ağ fiqurlarla təmkinli oyun nümayiş etdirib və 41-ci gedişdə rəqibi ilə sülh bağlayıb.

Rusiyalı Pyotr Svidler ilə azərbaycanlı Teymur Rəcəbovun görüşünün əsas vaxtında hər iki partiya heç-heçə başa çatıb. Şahmatçılar sabah qısaldılmış nəzarət vaxtı rejimində “münasibətlərini aydınlaşdıracaqlar”.

Digər şahmatçımız Qədir Hüseynov çinli Dinq Lirenə ikinci görüşdə uduzaraq mübarizədən kənarlaşıb. Q.Hüseynov birinci partiyanı heç-heçə oynayıb. Ümumi hesab Çin şahmatçısının xeyrinə 1,5:0,5 xal olub.

Xatırladaq ki, turnirə Azərbaycandan 6 qrossmeyster qatılıb. Onların ikisi – Vasif Durarbəyli və Eltac Səfərli yarışların birinci, Rauf Məmmədov isə ikinci dövrəsində mübarizəni dayandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm