Topaz Premyer liqasında beşinci tura start verilir
Bizi izləyin

İdman

Topaz Premyer liqasında beşinci tura start verilir

Bu gün Topaz Premyer Liqasının 2015/2016-cı il mövsümünün beşinci turuna start veriləcək.

Ümumiyyətlə, turun qarşılaşmaları üç gün ərzində təşkil ediləcək.

İlk oyun günündə iki görüş olacaq. "AZAL" komandası "Dalğa Arena"da "İnter" klubunu qəbul edəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.

Günün digər oyununda isə Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda eyni adlı komanda "Rəvan" kollektivi ilə qarşılaşacaq. Bu matçı isə baş hakim Rauf Cabbarov idarə edəcək. Hər iki oyun saat 21:00-da başlayacaq.

Sentyabr 20-də daha iki qarşılaşma oynanılacaq. Gəncə şəhər stadionunda "Kəpəz" komandası "Qarabağ" klubunu, "Bakcell Arena"da "Neftçi" isə "Xəzər Lənkəran"ı qəbul edəcək.

Sentyabr 21-də turun Qəbələ şəhər stadionunda keçiriləcək sonuncu görüşündə "Qəbələ" – "Sumqayıt" kollektivləri üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm