Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni dayandırdı
Bizi izləyin

İdman

Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni dayandırdı

Azərbaycan yığmasının liderlərindən biri Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yarışlarında mübarizəni dayandırıb. Onun 1/16 final mərhələsi çərçivəsində rusiyalı Pyotr Svidler ilə görüşünün taleyi iki klassik partiyadan sonra tay-breykdə həll olunub.

AZƏRTAC xəbər verir ki, sürətli şahmat oyununda iki partiyanın yekunlarına görə, T.Rəcəbov rəqibi P.Svidlerə uduzub (0,5:1,5).

Daha əvvəl isə digər qrossmeysterlərimiz - Vasif Durarbəyli, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov da mübarizədən kənarlaşıblar.

Beləliklə, Dünya Kubokunun 1/8 final mərhələsində Azərbaycanı yalnız Şəhriyar Məmmədyarov təmsil edir. O, növbəti dövrədə ABŞ qrossmeysteri Fabiano Karuana ilə qarşılaşacaq.

Yarışın ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib 96 min dollar, finalçı 40 min dollar, dörddə bir final mərhələsinə yüksələn şahmatçılar hərəyə 28 min dollar qazanacaqlar. Qalib və finalçı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ əldə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm