AZAL yenə məğlub oldu
Bizi izləyin

İdman

AZAL yenə məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə "Azal" "İnter"i, "Zirvə" isə "Rəvan"ı qəbul edib. Cari mövsümdə yalnız öz qapılarında top görən “təyyarəçilər”in bu dəfə də "qanadlarını sındırıb"lar.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Digər görüşdə Premyer Liqamızın debütantı “Zirə” “Rəvan”ı qəbul edib. Oyun meydan sahiblərini 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyunları sentyabrın 20-21-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm