
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Publika.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“İnter” – “Neftçi” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 38-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Araz Naxçıvan” – “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Araz Naxçıvan”ın inzibatçısı Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva əl ilə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.