• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rusiyalı Olimpiya çempionu Naftalanda müalicə olunacaq

  • İdman
  • 20 Sentyabr 2015 18:05
  • 411 Baxış
Rusiyalı Olimpiya çempionu Naftalanda müalicə olunacaq

Rusiyanın hündürlüyə tullanma üzrə Olimpiya çempionu Anna Çiçerovaya Azərbaycanın Naftalan kurortunda müalicə olunmaq tövsiyə edilib.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı atlet "Sport-express" nəşrinə müsahibəsində deyib.

Pekində keçirilən Dünya çempionatında zədəli vəziyyətdə çıxış etdiyini bildirən Anna Çiçerova bərpa olunmaq planları haqqında bunları deyib:

“Əvvəlcə suyu olduqca faydalı olan Ölü dənizə yollanacağam. Bir də mənə Azərbaycanın Naftalan mənbələrinə getməyi tövsiyə ediblər. Bərpa dövrü böyük ehtimalla noyabrın ilk həftəsinədək davam edəcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR