Ronaldodan növbəti insanlıq nümunəsi - Meydana suriyalı qaçqınla çıxdı - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldodan növbəti insanlıq nümunəsi - Meydana suriyalı qaçqınla çıxdı - FOTOLAR

Dünyada baş verən hadisələrə biganə qalmayan portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo növbəti jesti ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, “Real”ın lideri La Liqanın son turunun “Qranada”yla oyununda meydana suriyalı qaçqın Səid Osama Abdul Musin və 7 yaşlı oğlu ilə birlikdə çıxıb.

Bir neçə gün öncə Serbiya-Macarıstan sərhədində bir macar operator tərəfindən badalaqla yeri yıxılaraq bütün dünya mətbuatında geniş yer alan Abdul Musi və oğlu "Real"ın prezidenti Florentina Perez tərəfindən qəbul edilib. Onlar ötən gün klubun düşərgəsində olub.

Xatırladaq ki, “Qranada”yla matç 1:0 hesabıyla “Real”ın xeyrinə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm