Şəhriyar Məmmədyarov ABŞ şahmatçısını məğlub edib
Bizi izləyin

İdman

Şəhriyar Məmmədyarov ABŞ şahmatçısını məğlub edib

Bu gün Bakıda şahmat üzrə Dünya Kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir.

Yarışa 6 şahmatçı ilə başlayan Azərbaycanı bu mərhələdə yeganə qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edib. Bundan əvvəlki mərhələdə hindistanlı Sethuramanı yolundan kənarlaşdıran Şəhriyar Məmmədyarov ən yaxşı 8 şahmatçı arasına düşmək üçün bu dəfə ABŞ qrossmeysteri Fabiano Karuananı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynov və Teymur Rəcəbov isə üçüncü mərhələdə mübarizəni dayandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm