“Bu hərəkət peşəkar idmançıya yaraşmır”- baş məşqçi
Bizi izləyin

İdman

“Bu hərəkət peşəkar idmançıya yaraşmır”- baş məşqçi

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan danışıb.

Publika.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 1:1 hesabıyla başa çatan qarşılaşma haqda bunları deyib:

“Neftçi” və “Xəzər Lənkəran” oyunları çətin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Skarlatake zədəli olsa da, meydana çıxmışdı. Heyətimizdə gənc oyunçularımız var. Matçın gedişində səhvlər edirdik. Buna baxmayaraq, vuruşub 1 xal qazandıq. Bir məsələyə də toxunmaq istəyirəm. “Neftçi”nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz bir hərəkət etdi. Qapıçımız Orxan Sadıqlı zədədən qayıdıb, dizindən əməliyyat olunub. Dizində ağrılar hiss etdi və topu meydandan çıxardı. Amma Erik topu bizə qaytarmadı. “Neftçi”yə və peşəkar oyunçuya yaraşan hal deyil. Erik həmişə belə hərəkətlər edib. Fasilə zamanı baş hakim Rəhim Həsənova yaxınlaşıb xahiş etdim ki, Ramosun hərəkətlərinə diqqət yetirsin”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm