“Qarabağ”da yeni vitse-prezident
Bizi izləyin

İdman

“Qarabağ”da yeni vitse-prezident

"Qarabağ" Futbol Klubunun strukturunda dəyişiklik baş verib.

Publika.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, Ağdam təmsilçisinin prezidenti Abdulbari Gözəl bundan sonra klubun fəxri prezidenti statusunu daşıyacaq.

"Qarabağ"ın prezidenti funksiyasını isə əvvəllər vitse-prezindet postunda olmuş Tahir Gözəl yerinə yetirəcək. Klubun baş sponsoru "Azersun Holdinq"in rəhbər heyətindən Fevzihan Aras vitse-prezident təyin olunub.

Tahir Gözəl 2004-cü ildə "Qarabağ"ın vitse-prezidenti təyin olunub. Həmin tarixdən bu günə qədər "köhlən atlar" 2 ölkə çempionluğu, 3 ölkə kuboku, 1 gümüş, 2 bürünc əldə edib.

Komanda Gözəlin vitse-prezident olduğu dövrdə Avropa Liqasının qrup mərhələsində 2 dəfə çıxış etməklə, ölkə futbol tarixində ilkə imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm