“Mən həyatım boyu yediyim qaba tüpürmədim”
Bizi izləyin

İdman

“Mən həyatım boyu yediyim qaba tüpürmədim”

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

Pavel Nedved

“Bir komanda hansısa səbəblərdən aşağı diviziona göndərilərsə, futbolçular gedər, ancaq adamlar qalar”.

Sərgən Yalçın

Müxbir: “Kontorlarda “stavka” yazan 18 yaşa çatmamış gənclərə nə demək istərdiniz?

Cavab: “Bundesliqa oyunlarına pul atmasınlar, çox sürpriz olur”.

Luis Felipe Skolari

“Dünya çempionu olmaq istəyirsizsə, Pelenin dediklərinin əksini etməlisiz”.

Antonio Kassano

“İnter”də ən yaxşı dostum Naqatomo idi. Çünki bir-birimizi anlamırdıq. O danışanda mən gülürdüm, mən danışmağa başlayanda o”.

Kristiano Ronaldo

“'Mourinyonun haqqımda pis sözlər danışmasına alışmışam. Ona sadəcə bunu demək istəyirəm: mən həyatım boyu yediyim qaba tüpürmədim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm