PFL “Qəbələ”nin müraciətini müsbət qarşıladı
Bizi izləyin

İdman

PFL “Qəbələ”nin müraciətini müsbət qarşıladı

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib.

Publika.az xəbər verir ki, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan PFL “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.

Premyer Liqanın VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib.

VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 03 oktyabr 2015-ci il tarixindən 04 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm