2016-cı il Avropa çempionatının stadionları müəyyənləşib
Bizi izləyin

İdman

2016-cı il Avropa çempionatının stadionları müəyyənləşib

2016-cı ildə Azərbaycanda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının stadionları müəyyənləşib.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, 16 komandanın iştirakı ilə final mərhələsinin bütün oyunları Bakıda təşkil olunacaq. Bunun üçün Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, "Bakcell Arena", "Qarabağ" klubuna məxsus və bu yaxınlarda istifadəyə veriləcək Suraxanı qəsəbə stadionu, Mərdəkandakı "Dalğa Arena", eləcə də Masazırdakı "Əlincə" stadionu ayrılacaq.

Qeyd edək ki, Avropa çempionatı gələn ilin mayında keçiriləcək. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm