Daha bir klubumuzda prezident vəzifəsi ləğv olunur
Bizi izləyin

İdman

Daha bir klubumuzda prezident vəzifəsi ləğv olunur

Yaxın zamanlarda "Sumqayıt" futbol klubunda struktur dəyişikliyi baş verəcək.

Publika.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun verdiyi açıqlamaya görə, klubda prezident vəzifəsi Müşahidə Şurası formatında fəaliyyət göstərən digər klublardakı kimi, icraçı direktorla əvəzlənəcək:

"Mən bu məsələni klub rəhbərliyi ilə müzakirə etmişəm. İlin sonunda Ədliyyə Nazirliyində Əsasnaməni dəyişməlidirlər. Ona uyğun da sistem dəyişəcək. Müşahidə Şurası, sədr və icraçı direktor olacaq".

E.Məmmədov Sumqayıt şəhər icra hakimiyyəti başçısı vəzifəsində baş vermiş dəyişikliyin kluba hər hansı təsir ehtimallarına da münasibət bildirib. Baş katib bu məsələnin yeni rəhbərlikdən asılı olduğunu söyləyib:

"İcra başçısının müavini Elgin Həbibullayev "Sumqayıt"ın Müşahidə Şurasında yer alır. Təbii ki, icra başçıları futbola böyük həvəslə yanaşsalar, həmin bölgədə futbol tez inkişaf edər".

Qeyd edək ki, hazırda "Sumqayıt"ın prezidenti vəzifəsində Kamran Quliyev çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm