Yüksək dövlət vəzifəsində çalışan azərbaycanlı idmançılar- SİYAHI - FOTOLAR
Bizi izləyin

İdman

Yüksək dövlət vəzifəsində çalışan azərbaycanlı idmançılar- SİYAHI - FOTOLAR

Yüksək dövlət vəzifəsində çalışan azərbaycanlı idmançılar- SİYAHI - FOTOLAR

Dünyanın bir çox tanınmış idmançıları karyeralarını bitirdikdən sonra həm də yüksək dövlət vəzifəsində də çalışıblar. Azərbaycan tanınmış idmançıları da bu yöndə istisna təşkil etmirlər.

Ölkəmizin bayrağını müxtəlf beynəlxalq turnirlərdə dalğalandıran xeyli idmançı var ki, hazırda yüksək vəzifələrdə çalışırlar. Özü də bu idmançıların bəziləri hələ də karyeralarını davam etdirirlər. Publika.Az bu dəfə dövlət işində çalışan məşhur azərbaycanlı idmançılar haqqında məlumat verəcək.

17 qat dünya çempionu, 6 dəfə Avropa çempionu, Asiya və Avrasiya çempionu, 2 qat interkontinental kəmərinin sahibi Eduard Məmmədov Daxili işlər Nazirliyində polis mayorudur.

Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev həm də Fövqəladə Hallar Nazirliyində polkovnik rütbəsindədir.

10 qat Dünya, 8 qat Avropa çempionu cüdoçu Zülfiyyə Hüseynova Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayor rütbəli əməkdaşıdır.

Sambo - cüdo üzrə dünya və Avropa mükafatçısı, Dünya kubokunun sahibi Sehriman (Səhliman) Ağayev Gömrük Komitəsinin əməkdaşıdır, leytenantdır.

6 qat Avropa, 7 qat dünya, 2 dəfə Dünya kubokunun sahibi “Şöhrət” ordenli samboçu Ceyhun Məmmədov Daxili İşlər Nazirliyi, Nərimanov rayon polis idarəsinin cinayət axtarış şöbəsinin polkovnik-leytenantıdır.

Yunan Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov Vergilər Nazirliyinin müstəntiqidir.

Sərbəst Güləş üzrə olimpiya çempionu Namiq Abdullayev polis polkovnik-leytenantıdır.

16 yaşında qızlar arasında SSRİ çempionu, tələbələr arasında dünya çempionu, bir çox beynəlxalq turnirlərin qalibi olmuş Aynur Sofiyeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir.

Pekin Olimpiadasının qalibi cüdoçu Elnur Məmmədli də federasiyanın vitse-prezidenti olmaqla yanaşı, polis baş leytenantıdır.

Stend atıcılığı üzrə olimpiya mükafatçısı Zemfira Meftahətdinova 1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülmüş, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Dövlət Gömrük Komitəsində çalışır. Rütbəsi polkovnikdir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm