"Qəbələ" klubunda yeni təyinat
Bizi izləyin

İdman

"Qəbələ" klubunda yeni təyinat

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

Publika.az xəbər verir ki, Mustafa Aztopal klubun kommersiya direktoru kimi fəaliyyətə başlayıb.

1978-ci il fevralın 3-də Almaniyada doğulmuş Aztopal ali təhsilini Türkiyədə alıb. O, təhsilini 2011-2012-ci illərdə İngiltərənin məşhur Liverpul Universitetində futbol industriyası ixtisası üzrə davam etdirib. Aztopal 1998-ci ildə 20 yaşında ikən futbol hakimi kimi fəaliyyətə başlayıb və 9 il ərzində Türkiyə Superliqasından başqa bütün liqalarda oyun idarə edib. Sonradan o, müxtəlif şirkətlərdə kommersiya direktoru və baş direktor kimi çalışıb. İngilis və alman dillərini bilən Aztopal son 3 ildə futbolla bağlı müxtəlif seminarlara qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm