FANTASTİKA: 9 dəqiqəyə 5 qol - VİDEO
Bizi izləyin

İdman

FANTASTİKA: 9 dəqiqəyə 5 qol - VİDEO

Almaniya Bundesliqasında 6-cı tura start verilib.

Publika.az xəbər verir ki, son çempion "Bavariya" ilə 2014/15 mövsümünün gümüş mükafatçısı "Volfsburq" üz-üzə gəlib. Münhen təmsilçisi "Canavarlar"ı böyük hesabla məğlub edərək (5:1) "Volfsburq"la oyunda son mövsümdə qeydə alınmış 1:4 hesablı məğlubiyyətin əvəzini çıxıb. Oyunun 26-cı dəqiqəsində hesabı rəqib komanda açsa da, meydan sahiblərinin futbolçusu Robert Levandovskinin vurduğu beş qol görüşün taleyini həll edib - 5:1.

Maraqlıdır ki, polşalı hücumçu bu qolları cəmi 9 dəqiqə ərzində vurub. Bu, Bundesliqa tarixində ilk belə hadisə olub.

Almaniya Bundesliqası, 6-cı tur

22 sentyabr

23:00 Bavariya - Volfsburq 5:1

Levandovski, 51; 52; 55; 57; 60 - Kaliquri, 26.

23:00 Herta - Köln 2:0

İbişeviç, 43; 94.

23:00 İnqolştadt - Hamburq 0:1

Qreqoriç, 87.

23:00 Darmştadt - Verder 2:1

Vaqner, 31-p. 84 - Yohansson, 19.

23 sentyabr

23:00 Bayer L - Maynts

23:00 Hannover - Ştutqart

23:00 Hoffenhaym - Borussiya D

23:00 Borussiya M - Auqsburq

23:00 Şalke - Ayntraxt F

Oxumağa davam et
Reklam
Reklam

Gündəm