Məşhur idmançılar “Sərhədçi”yə toplaşacaq
Bizi izləyin

İdman

Məşhur idmançılar “Sərhədçi”yə toplaşacaq

Sentyabrın 25-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış qarışıq və qaydasız döyüş ustaları iştirak edəcəklər. Onların arasında dəfələrlə dünya çempionu və müxtəlif turnirlərin qalibi olmuş Cef Monson, Georgi Barkala, Mehmet Özer və Jalqqasiy Jumageldi kimi məşhur idmançılar var. Həmçinin bir sıra xarici ölkələrin federasiya rəhbərləri də turnirə qonaq kimi qatılacaq.

Qarışıq döyüş növləri (MMA) üzrə beynəlxalq turnirdə ölkəmizi Azərbaycan milli yığma komandasının üzvlərindən Tofiq Musayev (77 kq), Vüqar Kərəmov (71 kq), Aqşin Babayev (66 kq), Fuad Qədirov (93 kq) və Teymur Mehdiyev (93 kq) təmsil edəcəklər.

Turnirin ən maraqlı döyüşünün Teymur Mehdiyev və Cef Monson arasında olacağı gözlənilir. Saat 20:00-da başlayacaq görüşləri beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm