Boksçularımız İtaliyaya yollanır
Bizi izləyin

İdman

Boksçularımız İtaliyaya yollanır

Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə Azərbaycan milli komandası oktyabrın 24-də İtaliyaya yola düşəcək.

Publika.az xəbər verir ki, milli komanda İtaliyanın Assizi şəhərindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.

Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prosesində 9 boksçu iştirak edəcək.

Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək.

Azərbaycan boksçularından 9-u Avropa Oyunlarından Qətərdə keçiriləcək yarışa vəsiqə qazanıb. Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundiala vəsiqə əldə edib. Xaybula Musalov isə (75 kq) İtaliyaya yollana bilməyib. Boksçunun gözündə əməliyyat aparıldığından o, dünya çempionatında da iştirak etməyəcək.

Azərbaycan millisi İtaliyaya bu heyətlə yollanacaq:

49 kq - Rüfət Hüseynov

52 kq - Elvin Məmişzadə

56 kq - Tayfur Əliyev

60 kq - Albert Səlimov

64 kq - Lorenzo Sotomayor

69 kq - Pərviz Bağırov

81 kq - Teymur Məmmədov

91 kq - Abdulqadir Abdullayev

+91 kq - Məhəmmədrəsul Məcidov.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm