Prezident Şəhriyar Məmmədyarovla görüşdü
Bizi izləyin

İdman

Prezident Şəhriyar Məmmədyarovla görüşdü

Bakıda keçirilən şahmat üzrə dünya kubokunda bu gün 1/4 final mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən yeganə şahmatçımız Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır.

Bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili dünya kubokunun oyunlarının keçirildiyi məkana baş çəkiblər. Elman Rüstəmov Şəhriyar Məmmədyarovla görüşərək ona uğurlar arzu edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm