“Əvvəllər futbolu kasıblar oynayardı, varlılar izləyərdi, indi isə...” - FOTOLAR
Bizi izləyin

İdman

“Əvvəllər futbolu kasıblar oynayardı, varlılar izləyərdi, indi isə...” - FOTOLAR

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

George Haci

"Komandası uduzanda ağlamayan futbolçu heç vaxt ulduz ola bilməz”.

Amokaçi

Müxbir: “Hökumət nümayəndələrinin futbolla bağlılığı haqda nə düşünürsünüz?”

Amokaçi: “Normal qarşılayıram, onlar da, biz də tribunalar üçün oynayırıq”.

Şenol Günəş

“Əvvəllər futbolu kasıblar oynayardı, varlılar izləyərdi, indi isə varlılar oynayır, kasıblar izləyir”.

Fatih Terim

“Bəzən kişi kimi uduzmaq, qorxaq qələbədən daha qiymətli olur”.

Yohan Kroyff

“Həkimlər dedi ki, siqareti atmasam, bir daha futbol oynaya bilməyəcəm. Mən də futbolu atdım...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm