“Bavariya”ya “Adidas”ın şefi rəhbərlik edəcək
Bizi izləyin

İdman

“Bavariya”ya “Adidas”ın şefi rəhbərlik edəcək

“Bavariya”ya “Adidas”ın şefi rəhbərlik edəcək

“Adidas” şirkətinin baş direktoru Qelbert Hayner yekdilliklə “Bavariya”nın müşahidə şurasının sədri seçilib.

Publika.az xəbər verir ki, müşahidə şurasının üzvləri klubun prezidenti Uli Hönnesin həbsindən dərhal sonra toplaşıblar.

60 yaşlı Hayner bundan sonra Almaniya nəhənginin birinci şəxsi olacaq. Hayner “Adidas”da 1987-ci ildən çalışır.

2001-ci ildən isə kampaniyanın baş direktorudur.

Qeyd edək ki, məşhur idman geyimləri şirkəti “Bavariya”nın aksiyalarının 8,33 faizinə sahibdi. “Audi” və “Allianz” şirkətləri də Münhen klubunda bu qədər paya sahibdirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm