
İspaniya La Liqasında 5-ci tura start verilib.
Publika.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" səfərdə "Levante"ylə qarşılaşıb. "Eybar" oyunun gedişində 2:0 hesabıyla önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib. Qarşılama 2:2 hesablı bərabərliklə nəticələnib.
Millimizin üzvü bu oyunu ehtiyat oyunçular skamyasından izləyib. Hazırda hesabında 8 xal olan "Eybar", 7-ci pillədə qərarlaşıb.