"İmperator" Almaniyaya onun üçün getdi
Bizi izləyin

İdman

"İmperator" Almaniyaya onun üçün getdi

Cari mövsümdə “Maynts”dakı çıxışıyla diqqət mərkəzinə düşən türk əsilli futbolçu Yunus Mallı Türkiyə millisində oynaya bilər.

Publika.az xəbər verir ki, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim bu günə qədər Almaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında 42 oyun keçirən, ancaq əsas millidə hələ də debüt edə bilməyən Mallını Türkiyə millisinə cəlb etməkdə maraqlıdı.

Türkiyə mətbuatında yazılanlara görə, Terim hücumameyilli yarımmüdafiəçini yığmada oynamağa razı salmaq üçün Almaniyaya yollanıb.

Terim artıq Almaniya Bundesliqasının “Bayer” - “Maynts” oyunununda (1:0) Mallının çıxışını canlı izləyib. Futbolçu millidə oynamağa razılıq verəcəyi təqdirdə, Terimin ona AÇ-2016-nın seçmə mərhələsinin Çexiya ilə matç üçün dəvət göndərəcəyi gözlənilir.

Almaniyada “yeni Məsut Özil” adlandırılan Mallı 2011-ci ildən “Maynts”ın şərəfini qoruyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm