“Kral” rinqə qayıdır
Bizi izləyin

İdman

“Kral” rinqə qayıdır

Qaydasız döyüşlərin “kral”ı , rusiyalı idmançı Fyodor Yemelyanenko rinqə qayıdacağı təqdirdə 2,5 milyon dollar qazanacaq.

Publika. Az Allboxing.ru saytına istinadən xəbər verir ki, Yemelyanenko artıq bu ilin 31 dekabrında Yaponiyanın Saytama şəhərində keçiriləcək turnirə dəvət alıb və təşkilatçılarla müqaviləyə imza atıb.

Onun rəqibinin adı hələlik məlum deyil.

Xatırladaq ki, Yemelyanenko MMA versiyası üzrə 4 qat çempiondur. 40 döyüşün 35-də qələbə qazanıb, 4 oyunda məğlub olub.

38 yaşlı idmançı sonuncu dəfə rinqə 2012-ci ildə çıxmışdı.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm