İdman
Cüdo millimizin yeni baş məşqçisi təqdim olundu
Bu gün Azərbaycanın cüdo millisinin yeni baş məşqçisi Peter Seysenbaxerin təqdimat mərasimi olub.
Qol.Az-ın məlumatına görə, mərasimdə jurnalistlərin suallarını
cavablandıran avstriyalı mütəxəssis yenidən Azərbaycana
qayıtmağından məmnun olduğunu deyib. O, qarşıdakı planları barədə
məlumat verib:
“Azərbaycana Cüdo Federasiyasında baş məşqçi işləmək üçün dəvət
olunmuşam. İkinci dəfə Azərbaycanda olmaqdan məmnunam. Artıq
komanda ilə görüşmüşəm. Gələcək 9 ay üçün Olimpia oyunlarına yaxşı
formada hazırlaşmaq üçün proqram hazırlanacaq. Amma detallar
haqqında burda danışmaq vacib deyil. Əsas odur ki, komanda
yarışlara hazır olduğunu hiss etsin. Bilsinlər ki, biz onların
qayğısına qalırıq. Düşünürəm ki, komanda öz üzərində yaxşı işləsə,
biz uğur qazana bilərik. Regionlarda daha çox iş görmək lazımdır.
İdmançı seçimində biz hər kəsə şans verəcəyik. Hər çəkidə minimum
iki nəfər olmalıdır. Ancaq bu şəkildə son ana kimi onlarda
motivasiyanı saxlamaq olar. İdmançını reytinqinə görə seçmək düzgün
olmaz. Bir çox namizədlər olmalıdır ki, onların arasından ən
yaxşılar Azərbaycanı təmsil etsin”.
2012-2014-cü illərdə də Azərbaycanın cüdo millisini çalışdırmış Seysenbaxer ölkəmizdən gedişi haqda danışarkən qeyd edib ki, Cüdo Federasiyası ilə heç bir problemi olmayıb: “Hər zaman münasibətlərimiz yaxşı olub. Elə ona görə də ikinci dəfə Azərbaycana dəvət aldım. Gedişim komandada taktiki dəyişikliklərlə bağlı idi”.
Seysenbaxer baş məşqçi olaraq əvvəlkindən daha az qazanacağını
bildirib: “Azərbaycanda qazanacağım məbləğ haqqında danışmayacam.
Amma sizə maraqlıdırsa, əvvəlki məbləğdən daha aşağı alacam.
İşimizi yaxşı qurmaq üçün çalışmalıyıq”.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO