Dünya Kubokunun bütün yarımfinalçıları müəyyənləşib
Bizi izləyin

İdman

Dünya Kubokunun bütün yarımfinalçıları müəyyənləşib

Bakıda şahmat üzrə Dünya Kubokunun son iki yarımfinalçısı da müəyyən olunub.

AZƏRTAC xəbər verir ki, şahmat üzrə Dünya Kubokunun 1/4 finalının tay-breyk partiyası başa çatıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinə məğlub olub. Qarşılaşma 4:2 hesabı ilə rusiyalı şahmatçının xeyrinə başa çatıb.

S.Karyakin yarımfinalda ukraynalı qrossmeyster Pavel Elyanovla oynayacaq.

Dünya Kubokunun beşinci dövrəsinin tay-breykində rusiyalı Pyotr Svidler çinli Vey İyə 3,5:2,5 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Yarımfinalda onun rəqibi hollandiyalı Aniş Qiri olacaq.

Yarımfinal oyunları sentyabrın 27-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm