"Qəbələ" "Rəvan"ı, "İnter" "Kəpəz"i məğlub etdi
Bizi izləyin

İdman

"Qəbələ" "Rəvan"ı, "İnter" "Kəpəz"i məğlub etdi

Sentyabrın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyunu keçirilib.

Publika.az-ın məlumatına görə, “İnter” öz meydanında “Kəpəz”i qəbul edib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn “İnter” turnir cədvəlində mövqeyini möhkəmləndirib.

Günün digər qarşılaşması da paytaxtda oynanılıb. “Rəvan” klubu öz meydançasında Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ”yə böyük hesabla məğlub olub: 0:3.

Hazırda “Qarabağ”, “Qəbələ” və “İnter” 13 xalla birinci-üçüncü yerləri bölüşürlər. Ağdam klubu rəqiblərinə nisbətən bir oyun az keçirib.

Turun digər görüşləri sentyabrın 26-27-də oynanılacaq. Bu turda “Qarabağ”-“Neftçi” oyunu daha çox maraq doğurur. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə çempionatın vahid lideri olacaq. Xatırladaq ki, bu qarşılaşma sentyabrın 26-da saat 19:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm