Yay Olimpiya Oyunlarında idmançılara nə qədər pul veriləcək?
Bizi izləyin

İdman

Yay Olimpiya Oyunlarında idmançılara nə qədər pul veriləcək?

Azərbaycan idmançılarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlığı üçün proqnozlaşdırılan vəsait açıqlanıb.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun Reporta verdiyi məlumata görə, Nazirlər Kabinetindən bu məqsədlə 8 milyon manat vəsaitin ayrılacağı gözlənilir.

Vəsaitin yanvar ayınadək köçürülməsi nəzərdə tutulub.

Nazirliyin illik xərclərinə gəldikdə, M.Rəhimov bu rəqəmin 10 milyon manat civarında olacağını açıqlayıb: «Biz olimpiadaya hazırlığı da nəzərə almaqla, illik xərclərimizi hökumətə təqdim etdik. Ümumilikdə 18-19 milyon vəsaitə ehtiyac duyulduğunu bildirmişdik. Hazırda təklifə Nazirlər Kabinetində baxılır. Olimpiadaya hazırlığa 8 milyon manat ayrılacağı gözlənilir. Qalan vəsait isə illik xərclərimiz üçündür».

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına Azərbaycan hələlik 20 lisenziya qazanıb. Vəsiqələr güləş (11), kayak və kanoe (3), atletika (2), bədii gimnastika (1), akademik avarçəkmə (1), kanoe-slalom (1) və boks (1) növlərində əldə olunub. Olimpiada 2016-cı il avqustun 5-dən 21-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm