"Neftçi" "Qarabağ" oyunu heç-heçə başa çatıb - VİDEO
Bizi izləyin

İdman

"Neftçi" "Qarabağ" oyunu heç-heçə başa çatıb - VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyunu keçirilib.

Publika.az xəbər verir ki, son çempion “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib. Hazırda turnir cədvəlinə başçılıq edən Ağdam klubu paytaxt təmsilçisi ilə görüşün favoriti olsa da, rəqibini məğlub edə bilməyib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Xal itkisinə baxmayaraq, “Qarabağ” klubu liderliyini davam etdirir. Ağdam təmsilçisi ən yaxın izləyicisi olan “Qəbələ”dən 1 xal irəlidədir. “Neftçi” klubu isə bu heç-heçə ilə xallarının sayını 9-a çatdırıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Günün digər qarşılaşmasında da eyni hesab qeydə alınıb. “Sumqayıt”-“AZAL” görüşü də 1:1 hesabı ilə yekunlaşıb. Meydan sahibləri ilk yarını öz xeyirlərinə başa vursalar da, paytaxt futbolçuları görüşün son saniyələrində məğlubiyyətdən xilas ola biliblər. Qeyd edək ki, bu, “AZAL”ın cari çempionatda ilk xalı olub.

Hazırda “Qarabağ” 14 xalla çempionatın vahid lideridir. “Qəbələ” və “İnter” 13 xalla ikinci-üçüncü yerləri bölüşür.

Turun sonuncu qarşılaşması sentyabrın 27-də Lənkəranda oynanılacaq. “Xəzər Lənkəran” paytaxtın digər təmsilçisi “Zirə”ni qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm