Qurban Qurbanov: “Matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik”
Bizi izləyin

İdman

Qurban Qurbanov: “Matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik”

"Yeni stadionumuzda sizi gördüyüm üçün şadam. Yeni stadionumuzda ilk oyunumuz idi. Ola bilər ki, bir qədər həyəcanlı görünürdük".

Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə bərabərə qaldıqları matçdan sonra deyib. O qeyd edib ki, bəzi oyunçular matça tam hazır deyildilər. "Ümumilikdə isə nəticədən razıyam. Biz Gəncədə şahid olduq ki, çempionatda asan oyun yoxdur. Odur ki, matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik".

Qapıçının səhvinə gəlincə, baş məşqçi bunun normal olduğunu bildirib: "Şehiçin səhvinə normal yanaşmaq, onun üstünə çox getmək lazım deyil. Çünki dünyanın 1 nömrəli qapıçıları da belə səhvlər edirlər. Bəzən olur ki, hücumçu 1 metrdən qol vura bilmir, bəzən də qapıçı belə asanlar buraxır. Məncə, Şehiç öz üzərində çalışan qapıçıdır. Gələcək oyunlarda daha diqqətli davranacağına ümidvaram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm