Messi zədələndi - 2 ay oynamayacaq
Bizi izləyin

İdman

Messi zədələndi - 2 ay oynamayacaq

İspaniya çempionu “Barselona” ciddi itki ilə üzləşib.

Publika.az xəbər verir ki, kataloniyalıların lideri Messi zədələnib. Argentinalı futbolçu “Las-Palmas”la oyunda diz bağlarını zədələyib.

İlkin müayinədən sonra argentinalının dizinin yan bağlarının daxili zədələnməsi aşkar edilib. Messinin bəxti gətirib. O, diz bağlarının qırılmasından qurtula bilib. Buna baxmayaraq, futbolçu uzun müddət meydana çıxa bilməyəcək.

Həkimlərin ilkin məlumatına görə, Leonun sağalması üçün 7-8 həftə lazım olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm