“Sarı sualtı qayıq” 92 ildən sonra...
Bizi izləyin

İdman

“Sarı sualtı qayıq” 92 ildən sonra...

Ötən həftə iki çempionatda lider dəyişdi. İspaniyada və İtaliyada uzun illər 1-ci pilləyə həsrətlə baxan iki komanda “taxta oturdu”.

Xüsusilə də İspaniya La Liqasında 6-cı turdan sonra tarixi hadisə qeydə alınıb. Tarixi olay “Vilyarreal”la bağlıdır. “Sarı sualtı qayıq” 6-cı turda çempionatın liderlərindən olan Madrid “Atletiko”sunu qəbul edib. “Vilyarreal” bu oyunda “hindular”a qalib gəlib - 1:0. Qələbə sayəsində komanda İspaniya çempionatının lideri olub. Bu da tarixi hadisədir. “Vilyarreal” 92 ildə ilk dəfə lider statusuna yüksələ bilib. Komanda 1923-cü ildə yaradılıb. O vaxtdan bəri “Vilyarreal” heç vaxt İspaniya çempionatında lider ola bilməmişdi.

İtaliyada isə “Fiorentina” zirvəni ələ keçirib. Milanda “İnter”i darmadağın edən “Bənövşəyilər” 15 xalla turnir cədvəlində ilk pilləyə yüksəlib. “İnter”in də 15 xalı var. Ancaq “Fiorentina” əlavə göstəricilərə görə “İnter”i üstələyir.

“Fiorentina” 1999-cu ildən sonra ilk dəfə turnir cədvəlinə başçılıq edir. Komanda sonuncu dəfə 1999-cu ilin fevralında lider olmuşdu.

İngiltərədə də son çempionun kötəklənməsi diqqət çəkib. Turun açılış oyununda "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Tottenhem" "Mançester Siti"ni darmadağın edib - 4:1.

Publika.az Almaniya, İngiltərə, Fransa, İtaliya, İspaniya və Türkiyə çempionatlarında son turun nəticələrini təqdim edir.

Almaniya. Bundesliqa, 7-ci tur

25 sentyabr

23:30 Köln - İnqolştadt 1:1

Modeste, 10 - Matip, 21.

26 sentyabr

18:30 Auqsburq - Hoffenhaym 1:3

Ca-Çol, 38 - Folland, 10; 69-p. Şmid, 73.

18:30 Maynts - Bavariya 0:3

Levandovski, 52; 64. Koman, 68.

18:30 Ştutqart - Borussiya M 1:3

Qinçek, 41-p - Xaka, 17. Qentner, 21-avtoqol. Raffael, 90.

18:30 Volfsburq - Hannover 1:1

Dost, 40 - Kiyotake, 58.

18:30 Verder - Bayer L 0:3

Mehmedi, 31. Brandt, 58. Kampl, 66.

21:30 Hamburq - Şalke 0:1

Sane, 61.

27 sentyabr

18:30 Ayntraxt F - Herta 1:1

Meyer, 22 - Darida, 83.

20:30 Borussiya D - Darmştadt 2:2

Obameyanq, 63; 71 - Heller, 18. Sulu, 90.

* * *

İngiltərə. Premyer Liqa, 7-ci tur

26 sentyabr

16:45 Tottenhem - Mançester Siti 4:1

Dayer, 45. Alderveyld, 50. Keyn, 61. Lamela, 74 - de Bruyne, 25.

19:00 Lester - Arsenal 2:5

Vardi, 13; 89 - Uolkott, 18. Sançes, 33; 58; 81. Jiru, 90.

19:00 Liverpul - Aston Villa 3:2

Milner, 2. Starric, 59; 67 - Gestede, 66; 71.

19:00 Mançester Y - Sanderlend 3:0

Depay, 45. Runi, 46. Mata, 90.

19:00 Sautqempton - Suonsi 3:1

Van Diyk, 11. Tadiç, 54. Meyn, 91 - Siqurdsson, 83-p.

19:00 Stok Siti - Bornmut 2:1

Ualters, 32. Diuf, 84 - Qoslinq, 76.

19:00 Vest Hem - Norviç 2:2

Sako, 33. Koyate, 93 - Bradi, 9. Redmond, 83.

21:30 Nyukasl - Çelsi 2:2

Peres, 42. Viynaldum, 60 - Ramires, 79. Villian, 87.

27 sentyabr

20:00 Uotford - Kristal Pelas 0:1

Kabaye, 71-p.

“Vest Bromviç” – “Everton” oyunu bu gün keçiriləcək.

* * *

Fransa. Liqa-1, 8-ci tur

25 sentyabr

23:30 Reyms - Lill 1:0

N'Qoq, 56.

26 sentyabr

20:30 Nant - PSJ 1:4

Bammu, 11 - İbrahimoviç, 48. Kavani, 73. Di Maria, 80. Oryer, 91.

23:00 Bordo - Lion 3:1

Kazri, 17. Plasil, 40. Pablo, 45 - Bövue, 78.

23:00 Bastiya - Tuluza 3:0

Palmyeri, 8. Skilaççi, 31; 43.

23:00 Kan - Ayaçço 2:0

Rodelin, 28. İmoru, 55.

23:00 Renn - Trua 1:1

Diaqne, 71 - Cessi Pi, 11.

Qırmızı vərəqə: Silla (Renn), 92.

27 sentyabr

17:00 Marsel - Anje 1:2

Batşuayi, 79-p - Manqani, 38-p. Tomas, 70.

20:00 Genqam - Monako 3:3

Privat, 30. Benezet, 65; 89 - Silva, 14. Raqqi, 45. Dirar, 71.

20:00 Monpelye - Loryan 2:1

Bensebaini, 6. Martin, 57 - Abdullah, 48.

Qırmızı vərəqə: Abdullah (Loryan), 93.

00:00 Sent-Etyen - Nitsa 1:4

Perrin, 19 - Kozyello, 5. Bem Arfa, 39; 45. Seri, 53.

Qırmızı vərəqə: Mendi, 62. La Marşand, 81 (hər ikisi - Nitsa).

* * *

İtaliya. A seriyası, 6-cı tur

26 sentyabr

21:00 Roma - Karpi 5:1

Manolas, 24. Pyaniç, 28. Jervinyo, 31. Salah, 51. Din, 68 - Boryello, 34.

23:45 Napoli - Yuventus 2:1

İnsiqne, 26. İquayn, 62 - Lemina, 63.

27 sentyabr

15:30 Cenoa - Milan 1:0

Dzemaili, 10.

Qırmızı vərəqə: Romanyoli (Milan), 42.

18:00 Bolonya - Udineze 1:2

Munyer, 31 - Badu, 61. Zapata, 85.

18:00 Verona - Latsio 1:2

Elander, 33 - Biqlia, 63-p. Parolo, 86.

Qırmızı vərəqə: Maurisio (Latsio), 81.

18:00 Sassuolo - Kyevo 1:1

Defrel, 3 - Paloşi, 24.

18:00 Torino - Palermo 2:1

Lopez, 45. Benassi, 48 - Qonzales, 71.

Qırmızı vərəqə: Molinaro, 61. Obi, 90 (Hər ikisi - Torino).

23:45 İnter - Fiorentina 1:4

İkardi, 60 - İliçiç, 4-p. Kaliniç, 18; 23; 77.

Qırmızı vərəqə: Miranda, 32.

28 sentyabr

22:00 Frozinone - Empoli

00:00 Atalanta - Sampdoriya

* * *

İspaniya. La Liqa, 6-cı tur

25 sentyabr

23:30 Valensiya - Qranada 1:0

Mustafi, 26.

26 sentyabr

19:00 Barselona - Las Palmas 2:1

Luis Suares, 25; 54 - Conatan Viera, 88.

21:15 Real - Malaqa 0:0

Qırmızı vərəqə: Amrabat (Malaqa), 78.

23:30 Sevilya - Rayo Valyekano 3:2

Qameyro, 23. Nzonzi, 45. Konoplyanka, 86 - Bebe, 52. Xavi Querra, 69.

Qırmızı vərəqə: Amaya (Rayo Valyekano), 84.

23:30 Vilyarreal - Atletiko M 1:0

Leo Baptistao, 54.

01:05 Eybar - Selta 1:1

Borxa, 3 - Yaqo Aspas, 76.

27 sentyabr

15:00 Sportinq X - Betis 1:2

Karlos Kastro, 17 - Xoakin, 46. Ruben Kastro, 57.

19:00 Deportivo - Espanyol 3:0

Alvaro Qonzales, 14-avtoqol. Lukas Peres, 27; 47.

Qırmızı vərəqə: Pape Diop (Espanyol), 79.

21:15 Xetafe - Levante 3:0

Alvaro Vasqes, 81; 92. Emi Buendia, 91.

23:30 Real Sosyedad - Atletik B 0:0

* * *

Türkiyə. Superliqa, 6-cı tur

26 sentyabr

18:00 Osmanlıspor - Trabzonspor 3:1

Torxe, 42. Kılıçaslan, 66. Serdar Deliktaş, 70 - Marko Marin, 84.

Qırmızı vərəqə: Musa Çağıran (Osmanlıspor), 45.

21:00 Akhisar - Gənclərbirliyi 1:0

Rodalleqa, 95.

21:00 Qalatasaray - Qaziantepspor 2:1

Podolski, 12. Umut Bulut, 56 - Dəmir, 10.

27 sentyabr

16:00 Konyaspor - Mersin 2:0

Traore, 10. Holmen, 85.

19:00 Antalyaspor - Sivasspor 1:1

Lazareviç, 15 - Erkan Kaş, 12.

21:00 Beşiktaş - Fənərbaxça 3:2

Ersan Gülüm, 20. Mario Qomes, 25; 74 - Toşiç, 33. Robin Van Persi, 65.

28 sentyabr

21:00 Kasımpaşa - Rizəspor

21:00 Kayserispor - Başakşəhər

22:00 Bursaspor - Əskişəhərspor

Oxumağa davam et
Reklam
Reklam

Gündəm