Bizimkilər avrokuboklarda: Biri direktor, biri inspektor olacaq
Bizi izləyin

İdman

Bizimkilər avrokuboklarda: Biri direktor, biri inspektor olacaq

Bu həftə Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, hər turnirin bir oyununda bizimkilərə də təyinat verilib.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində setyabrın 29-da, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Roma" (İtaliya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 1-də, İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm