İdman
Məcidov 3 qat dünya çempionu olmağa hazırlaşır
Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start veriləcək. Bu dəfəki yarışda 73 ölkənin 260 boksçusu gücünü sınayacaq.
Publika.az xəbər verir ki, əvvəlki yarışlardan fərqli olaraq, bu dəfə mundialda dünyanın ən güclüləri mübarizə aparacaq. Avropa oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilən qitə çempionatında isə 1-6-cı yeri tutanlar Qətərdə təşkil olunacaq yarışa vəsiqə qazanıblar. "Əli Bin Həməd Əl Attiyah" arenada keçiriləcək dünya çempionatı Rio-De-Janeyro Olimpiadasına lisenziya xarakterlidir. Mundialda iştirak edəcək 260 boksçudan 94-ü Avropanı, 66-sı Asiyanı, 51-i Şimali və Cənubi Amerikanı, 32-si Afrikanı, 17-si isə Okeaniya qitəsini təmsil edir. Qətərdəki dünya çempionatından 23 boksçu Olimpiadaya lisenziya qazanacaq. Hazırkı dünya çempionlarından Lazaro Alvares (Kuba, 60 kq), Daniyar Yeleusinov (Qazaxıstan, 60 kq), Janibek Alimxanulı (Qazaxıstan, 75 kq), Xulio Sezar La Kruz (Kuba, 81 kq) və Məhəmmədrəsul Məcidov (Azərbaycan, +91 kq) titullarını qorumağa çalışacaqlar.
Qeyd edək ki, Məcidov qalib gəlsə, 3 qat dünya çempionu tituluna yiyələnəcək. 49, 52 və 81 kq çəki dərəcələrində 1-2-ci, 56, 60, 64, 69, 75 kq çəki dərəcələrində 1-3-cü, 91 və +91 kq çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar.
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq. Yalnız zədəli Xaybula Musalov (75 kq) Qətərə gedə bilməyəcək.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək