Dünya və Avropa çempionu: “Yeni rəhbərliyin fəaliyyəti çox yüksəkdir”
Bizi izləyin

İdman

Dünya və Avropa çempionu: “Yeni rəhbərliyin fəaliyyəti çox yüksəkdir”

Azərbaycan Cüdo Federasiyasındakı dəyişikliklər barədə xəbər vermişdik. Hətta bu dəyişiklikdən sonra bütün cüdoçularımızın böyük səbrsizliklə gözlədiyi məşqçi dəyişikliyi də baş tutdu. Belə ki, yeni rəhbərlik Hacıağa Hacıəhmədovu postundan azad edərək Peter Seysenbaxeri gətirib.

Seysenbaxer əvvəlki vəzifəsinə qaytarıldıqdan sonra təqdimat mərasimi də baş tutdu. Ancaq hələ onun köməkçiləri rəsmi olaraq müəyyənləşməyib.

Artıq bir necə gündür məşqləri bərpa edən milli komandanın üzvlərinin ikiqat olimpiya çempionu, avstriyalı mütəxəssisin qayıdışından razı qaldığı da deyilir. Razı qalan idmançılardan biri də Avropa və dünya çempionu Nicat Şıxəlizadədir.

Publika.az-a qısa müsahibəsində N.Şıxəlizadə razılığını dilə gətirərək, yeni rəhbərliyin fəaliyyətini yüksək qiymətləndirib.

- Bir müddət milli komandamız təlim-məşqlərdən uzaq qalmışdı. Məşqlər aparılmırdı. İndi necə, məşq prosesləri başlayıbmı?

- Bəli məşqlərimiz başlayıb və davam edir.

- Yığma komanda neçə gündür toplanıb?

- Təlim-məşq toplanışı artıq 2-ci həftədir ki, davam edir.

- Peter Seysenbaxerin gəlişindən sonra məşqlərdəki səviyyə fərqini görürsünüz?

- Fərqi əlbəttə görürük. Həmçinin yeni federasiya rəhbərliyinin fəaliyyətinin də fərqi yüksəkdir - Yaxşı mənada... Biz hazırda çox şeyə ümid edirik. Məqsədlərimiz böyükdür.

- Xaricdə təlim-məşqlərin olacağı deyilirmi?

- Bunları məncə federasiya cavablasa, daha yaxşı olar. Amma deyilənə görə gözlənilir.

- Bəs qarşıda hansı lisenziya xarakterli beynəlxalq turnir sizi gözləyir?

- Qarşıda Parisdə “Qrand Slam” beynəlxalq yarışı olacaq. Yəqin ki, o yarışa qatılacağıq.

- Peter Seysenbaxerin yenidən qayıdışı sizcə əvvəlki effekti verəcək?

- Hamımız buna ümid edirik. İnşallah, hər şey yaxşı olacaq.

- Bəs Peter Seysenbaxerin köməkçiləri haqda nə deyilir?

- Düzünü deyim ki, hələ köməkçi-məşqçilər dəqiq bilinmir. Köməkçilərin kim olacağı özü gələndən sonra aydınlaşacaq. Yerli də ola bilər, xarici də...

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm