AFFA və PFL mətbuata xəbərdarlıq etdi
Bizi izləyin

İdman

AFFA və PFL mətbuata xəbərdarlıq etdi

Bildiyiniz kimi, Azərbaycan Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən "CBC Sport" telekanalına satılıb.

Publika.az xəbər verir ki, AFFA və PFL yayım hüququ ilə bağlı xəbərdarlıq bəyanatı yayıb. Bəyanatda deyilir:

"CBC Sport" 700 min manat ödəyərək Premyer Liqanın eksklüziv yayım hüququna yiyələnib.

AFFA, PFL və klublar saytlara, eləcə də televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz. Nəzərinizə çatdırırıq ki, oyunlar zamanı "CBC Sport" kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televizya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar.

AFFA və PFL olaraq, bütün saytlardan, televiziya kanallarından xahişimiz odur ki, Azərbaycan Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən video icmalların əldə olunması üçün "CBC Sport" telekanalına müraciət etsinlər. Anlayışınız üçün təşəkkür edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm