Qadınlarımız üçün növbəti sınaq
Bizi izləyin

İdman

Qadınlarımız üçün növbəti sınaq

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində qrup oyunları davam edir.

Publika.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət yığma komandası bu gün B qrupunda son matçına çıxacaq.

Millimizin rəqibi Macarıstan yığması olacaq. Keçirdikləri ilk iki turda rəqiblərinə uduzan komandaların dueli pley-off mərhələsinə vəsiqənin sahibini müəyyənləşdirəcək. Komandamız pley-off mərhələsinə yüksəlmək üçün bu görüşdə qələBə qazanmalıdır.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Türkiyəyə, daha sonra Belçikaya 0:3 hesabı ilə uduzub.

Avropa çempionatı, final mərhələsi

28 sentyabr

20:00 Azərbaycan – Macarıstan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm