• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İdmançımız qızıl medal aldı: erməni utandığından... - FOTOLAR

  • İdman
  • 28 Sentyabr 2015 22:17
  • 3 169 Baxış
İdmançımız qızıl medal aldı: erməni utandığından... - FOTOLAR

Rusiyanın Anapa şəhərində baş tutan dünya kubokundan kikboksçularımız yaxşı nəticə ilə qayıdırlar.

Publika.az xəbər verir ki, bu barədə gənc və yeniyetmə kikboksçulardan ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov “Facebook” səhifəsində məlumat verib:

“WAKO Dünya Kuboku”nda idmançılarımız gözəl nəticələr əldə etdilər – 3 qızıl, 4 gümüş, 1 bürünc...

Çingiz Əhmədzadə qızıl medal alarkən erməni idmançı utandığından kürsüyə qalxmayıb. “WAKO PRO” turnirində tələbəm Ramiz Məmmədov çeçen idmancısı Buvaysar Pasxayevin üzərində qələbə qazanaraq pesəkar döyüşdə aktivinə 1 xal da əlavə etdi”.

Qeyd edək ki, bu turnirdə fəxri kürsünün ən yüksək pilləsinə Çingiz Əhmədzadə, Anar Məmmədov (hər ikisi 51 kq) və Ramiz Məmmədov (57 kq) sahib olublar.

Alim Qasımov (67 kq), Tapdıq Yusifov (86 kq), Orxan Məlikov və Vüqar Cavadov (hər ikisi 91 kq) isə dünya kubokunun gümüş mükafatlarına layiq görülüblər. Şikar Bədəlov (81 kq) isə bürünc medal qazanıb.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR